Kök ali bitkilərin (mamırlardan başqa)əsas vegetativ orqanı olub, orqanizmin torpaqdan qidalanmasını təmin edir. Kök gövdədən kök üsküyünün olmasına, yarpaq və əsas tumurcuğunun olmamasına görə fərqlənir. Kökün funksiyaları Bitkini torpağabərkədər Suyu və mineral maddələri sorur və gövdəyə ötürür Ehtiyat qida toplayır bitkinin həyatı üşün vacib maddələr(amin turşuları hormonlar və s) hazırlanır. Vegetativ çoxalmada iştirak edir, Bəzi bitkilərin (efemerlərin) tənəffüsündə rol oynayır, Torpaq əmələ gəlmədə iştirak edir. Torpaq yerin bitkilər bitən üst münbit qatidır. Torpağın üst qatı qurumuş bitki qalıqları, heyvanlar(soxulcan və s) və heyvan qalıqları ilə zəngin olduğu üçün tünd rəngdə olur.torpağın məhsuldarlığı onda olan mikroorqanizmlərin miqdarından çox asılıdır.mikroorqanizmlər üzvi qalıqları daha sadə birləşmələrə qədər parçalayaraq, torpağın quruluçunun formalaşmasında iştirak edir. Torpğın tərkibində su, hava, mineral maddələr, gil, qum və üzvi maddələr var. Topğın tərkibindəki madələrin varlığını aşağıdakı kimi göstərmək olar: Havanın olmasıni- suya bir parça torpaq atmaqla; Suyun olmasını- torpağı əllə ovmaqla; Mineral maddələri- süzgəcdən keçirilmiş torpaq məhlulunun suyunu buxarlandırmaqla; Qumu- torpaq məhlulunu süzgəcdə süzməklə; Gili- süzülmüş məhlulu durultmaqla; Üzvi maddələri- bir parça qara torpağı alovda közərtməklə.