ARDNŞ in TƏHQİQAT QRUPU İDRAK ABBASOVUN DÖYÜLMƏ FAKTINI ARAŞDIRIR
У вашего броузера проблема в совместимости с HTML5
"Ayna", "Zerkalo" qəzetlərinin, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı jurnalist İdrak Abbasovun 1 saylı Klinik Mərkəzdə müalicəsi davam edir. Bu gün Dövlət Neft Şirkətinin nümayəndələri xəstəxanada jurnalistin yanında olublar. Xatırladaq ki, jurnalist İdrak Abbasov və "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva aprel ayının 18-də Sulutəpə yaşayış qəsəbəsindəki evlərin söküntüsü zamanı peşə borcunu yerinə yetirərkən Dövlət Neft Şirkəti Təhlükəsizlik Xidməti əməkdaşlarının fiziki təzyiqinə məruz qalıblar. Olay zamanı İdrak Abbasovun iki qabırğası sınıb, baş-beyin silkələnməsi olub, bədəninin müxtəlif hissələri zədələnib, zərbədən sağ gözündə qansızma baş verib, görmə qabiliyyəti məhdudlaşıb. O uzun müddət huşsuz qalıb. Sulutəpə hadisəsiylə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb.