AZADLIQ MÜBARİZİ ƏLİ NASİRƏ HƏSR EDİLƏN KLİP - "HAQQIN ŞAİRİ"
У вашего броузера проблема в совместимости с HTML5
Azərbaycan azadlıq hərəkatının fəallarından biri, şair Əli Nasirə həsr edilən "Haqqın şairi" klipinin təqqdimatı keçirilib.
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin həmsədri Mehdibəy Səfərov klipin Əli Nasirin 50 illik yublileyinə qurum adından hədiyyə olduğunu deyib. Ə.Nasirin azərbaycan və talış dillərində şerlər yazdığı nəzərə çatdırılıb.
Azərbaycanda müstəqilliyin qazanılmasında, dövlətçiliyin qorunmasında onun da xidmətləri olduğu deyilib. Eyni zamanda milli-azadlığın qazanılması ölkədə yaşayan xalqların mədəniyyətlərinin inkişafına təkan verdiyi xatırladılıb. Ölkədəki fərqli mədəniyyətlərin məzmun etibarilə azərbaycançılığa xidmət etməli, xalqları bir-birinə daha sıx bağlmalı olduğu xüsusi qeyd edilib.
Daha sonra klip təqdima olunub. Əli Nasir həm talış, həm də azərbaycan dilində yazdığı şerləri ifa edib. Klipin təqidmatından sonra çıxış edən şair ona "separatçı" damğası vurmaq istəyənlərə qəti etirazını bildirib. "Mən bu ölkənin azadlıq mübarizəsində öndə olmuşam, canımla onu qazanmışam, bu azadlığı qazanan necə seprataçı ola bilər?"-deyə mövqeyini ifadə edib. Son olaraq şair klipi ərsəyə gətirənlərə təşəkkürünü bildirib.