Saturday, 22 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

AZƏRBAYCAN QANUNLARI ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNƏ ZƏMANƏT VERMİR

AZƏRBAYCAN QANUNLARI ƏDALƏTLİ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNƏ ZƏMANƏT VERMİRУ вашего броузера проблема в совместимости с HTML5
Bakı Beynəlxalq Mətbuat Mərkəzində "Şəffaf və ədalətli seçkilər uğrunda" Vətəndaş Birliyi Koalisiyası xülasələrin yekunlarının, seçkiqabağı vəziyyətin və tövsiyyələrin təhlilinin (xüsusən seçki qanunvericiliyi sahəsində) təqdimatını keçirib. İctimaiyyətə təqdim edilən sənədlər Azərbaycanda seçkilərin izlənməsində böyük təcrübəsi olan koalisiya üzvlərindən ibarət ekspertlər tərəfindən hazırlanıb. Koalisiyanın koordinatoru Arzu Abdullayeva qeyd edib ki, bununla vətəndaş cəmiyyəti prezident seçkiləri ilində demokratik şəraitin yaradılmasına öz töhfəsini verəcək. "Hakimiyyət hesab edir ki, mövcud şərtlər demokratik seçkilərin keçirilməsinə zəmanət verir və qanunvericiliyin dəyişdirilməsinə getmək istəmir. Müxalifətin və müstəqil QHT-nin fikrincə, bu, bütün seçki subyektləri, ilk növbədə seçicilər üçün ədalətli şərait yaratmır"-, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "Azərbaycanda seçkiqabağı vəziyyətin təhlili" adlı sənədi təqdim edərkən bildirib. Analitik sənədin müəllifləri xarici və yerli təcrübəyə əsaslanaraq belə nəticəyə gəliblər ki, düzgün, ədalətli və azad seçkilərin keçirilməsi aşağıdakı şərtləri tələb edir: 1) ölkə rəhbərliyinin zəruri tədbirlərin həyata keçirilməsi üçün siyasi iradəsi; 2) seçkilərə rəhbərlik və onların keçirilməsi üzrə müstəqil və bitərəf orqan; 3) beynəlxalq standartlara və demokratik prinsiplərə cavab verən seçkilər haqqında qanun; 4) insan hüquqlarını və vətəndaş azadlıqlarını təmin edən (mitinqlər, nümayişlər, yığıncaqlar haqqında) qanun; 5) informasiya əldə edilməsi və yayılması azadlığını təmin edən KİV haqqında qanun; 6) seçkilərə ictimai nəzarət (müşahidə) həyata keçirilməsi azadlığını təmin edən QHT haqqında qanun; 7) partiyaların bərabər hüquq və imkanlarını təmin edən partiyalar haqqında qanun. Sənəddə əsas hüquqi maneələr və pozuntular göstərilib ki, onlar azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermir. O cümlədən seçki komissiyalarının paritet əsaslarla formalaşmaması, komissiya sədrlərinin səlahiyyətlərini aşması, iki qeydiyyat yeri üzrə çoxminlik səsvermələrin olması qeyd edilib. Seçki müddətinin 120 gündən 60 günədək, namizədlərin irəli sürülməsi gününün 70-dən 37-dək, təşviqat müddətinin 59-dan 22 günədək azaldılmasına xüsusi diqqət yetirilib, namizədin qeydiyyatı üçün ən azı 60 dairədən 40 min imzanın toplanmasının real olmadığı qeyd edilib. Koalisiya qanunvericiliyə yenidən baxılmasının , onun beynəlxalq hüquqa və Azərbaycan hökumətinin öhdəliklərinə uyğunlaşdırılmasının vacibliyini qərara alıb.
Мой аккаунт