Babək Xürrəmi - Azərbaycan Sərkərdəsi (Xürrəmilik - Tanrıçılıq) Babək Xürrəmi — Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Abbasi (abbasilər) Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdə.Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir.Hürrəmilik hətta Babəkin ölümündən sonra belə nə az, nə çox- 300 il ərzində ərəbləri lərzəyə saldı. 1112- 1167-ci illərdə yaşamış Səmani özünün “Kitab-əl-ənsab” əsərində yazır ki, “...hazırda babəkilərin böyük bir qismi yaşamaqdadır, bunlar həmin hürrilərdir”. Məhəmməd Üvfi “Cəvami-əl-hekayət və ləvami-əl-rəvayət” kitabında 1118-1135-ci illlərdə hakimiyyətdə olan xəlifə Müstərşid - billah zamanından söhbət açarkən göstərir ki, “...hürrəmilər Azərbaycanda yenə üsyan qaldırdılar...”. Bəli, Hürri təlimi Oğuz zamanından gələn bir Müqəddəs İnanc idi və o mövcudluğunun bütün dövrlərində gizli bir təlim olaraq dünyəvi fəthə yox, könüllərin fəthinə xidmət edib; ruhun ölməzliyinə, yəni elmi təkamül yolu ilə izlərini tarixin yaddaşına yazmaq kimi ali bir məqsədə xidmət edib. İnsanın kamilliyi onun üçün başlıca meyar idi və o təlim İnsanda Allahın zərrəsini görürdü. İnsanın sifətindəki cizgilərdə məna axtarmaq da, əslində burdan gəlirdi, yəni hürrilərin təbirincə, “mənən kamil insanın siması elə İlahi nur demək idi” ki, bu fəlsəfi kateqoriya da sonunda hürufilik kimi təkmil bir sistemin ortaya çıxmasına səbəb oldu. Daha doğrusu, ərəblərin yeni dininin dünyanı qan-qadaya bələcəyi həqiqətini dərk edən Oğuz Elinin qüdrətli zəka sahibləri xalqı lüzümsuz qırğına verməmək üçün yeni bir taktika seçdi; silahlı mübarizə metodundan əl çəkərək, islama qarşı mübarizədə islamın öz fəndlərindən yararlanmağı - “parçala, hökm sür” prinsipindən istifadəni məqbul saydı. Bu, islama müxalif olan təsəvvüf cərəyanının - Sufizmin meydana çıxması idi. Sufizm konsepsiyasının məntiqi nəticəsi isə, bəlli olduğu kimi, “ƏNƏL HƏQQ” çağırışı - ilkinliyindən bəri Oğuz Eli üçün mütləq olan prinsipin “Allah mənim içimdədir” şəkilli ifadəsi idi. Ərəblər İslam üçün real təhlükə olan “ƏNƏL HƏQQ” tezisinin ilk müəllifini - Oğuz övliyası Mənsur Həllacı 922-ci ildə xüsusi işgəncələrlə edam etdilər. Amma bu dəhşətli edam da Oğuzun inancını yenmək qüdrətində olmadı. Cəmi bir əsr ərzində sufizmin 12 qolu təşəkkül tapdı. Babek Hürremi(Farsça: بابک خرمدین), Doğum: 795 ya da 798 - Ölümü: Hicri 3 Safer 223 / M. 4 Ocak 838; Abbasiler Halifeliği'ne karşı mücadele eden Hürrem’iyye Hareketi