Monday, 27 July, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

BALAKƏN SAKİNİ ÇADIRDA YAŞAMAQDAN BEZİB

BALAKƏN SAKİNİ ÇADIRDA YAŞAMAQDAN BEZİBУ вашего броузера проблема в совместимости с HTML5
2012-ci ilin mayında zəlzələdən zərər çəkən Balakən rayon Talalar kənd sakini Münəvvər Mustafayeva məruz qaldığı problemlərə dair mətbuat konfransı keçirib. Zəlzələdən sonra çadıra köçürülən 7 nəfərlik ailə hələ də həmin çadırda yaşayır. 30 il öncə tikilən ikimərtəbəli, 5 otaqdan ibarət evin divarlarında çatlar və aralanmalar var, ön hissəsi çöküb. Belə ciddi zədələrə baxmayaraq evlərə dəyən ziyanı dəyərləndirən komissiya binanın bərpa olunması rəyi verib. Münəvvər Mustafayeva isə evin bərpa edilməsini mümkünsüz sayır. Bərpa məqsədilə Mustafayevlərə 4-5 min manat civarında pul təklif edilib, ailə yeni ev tələb edərək bu maliyyə vəsaitindən imtina edib. "Bizim rayonda varlılar 4-5 min manata özləri üçün tualet tikirlər"-deyə Balakən sakini təklif edilən vəsaitin azlığından narazılıq edib. Kənddə evi zəlzələdən ziyan çəkməyənlərə yeni ev tikildiyi halda dəyərləndirmə komissiyası Mustafayevlər ailəsinə ev tikilməsindən imtina edir. Münəvvər Mustafayeva komissiyasını rüşvət və korrupsiyada ittiham edib. O, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyini iddia edib. Komissiyadan yuxarı instansiyalara şikayət edəcəyini deyəndə komissiya üzvü olan Vaqif adlı şəxsin ona hədə-qorxu gəldiyini bildirib. Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsə də nəticəsi olmayıb, Fövqəladə Hallar nazirliyinin rayona gələn rəhbərlərilə görüşmək istəsə də buna imkan verilməyib. Ailə indiyə kimi dövlətdən hər hansı maddi yardım almayıb. Yaşadığı çadırda sərf etdikləri elektrikin pulunu ödəyə bilmədikləri üçün elektrik enerjisi kəsilib. "Bu durumda təkcə biz deyilik, çox ailələr bu haldadır, şikayət etmək istədikdə onları qorxudurlar, nəticədə çoxları şikayət etməkdən çəkinir"-deyə Münəvvər Mustafayeva qeyd edib. Balakən sakini mətbuat konfransını keçirməkdə məqsədinin zəlzələdən bir ilə yaxın vaxt keçsə də problemlərin həll edilmədiyini dövlət başçısına və aidiyyatı qurumların rəhbərlərinə çatdırmaq olduğunu söyləyib.
Мой аккаунт