У вашего броузера проблема в совместимости с HTML5
“Mən işin gedişatından hələ ki, narazı deyiləm. Eşitdiyimə görə bir nəfəri həbs ediblər”- bu sözləri Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev Meydan TV-yə deyib. Onun sözlərinə görə, işin gedişatıyla bağlı Polis Şöbəsinə gedə bilmir: “Sabah gedib işin gedişatı haqda məlumat alacam. Hələ ki, narazı deyiləm. Ancaq Bəhruzu şöbəyə aparan üç nəfərdə tutulmalı cəzasını çəkməlidir. Bundan başqa oğlumu orada döyüb öldürən bir nəfər deyil, onlar bir neçə nəfərdirlər. Hamısı həbs edilməlidir. Mən hökumətimizdən narazı deyiləm. Oğlum Qarabağda şəhid olsaydı, yaxud da təsadüfü hadisə sayəsində ölsəydi bu qədər yanmazdım. Hamının başına iş gələ bilər. Ancaq bu dərdə dözmək olmur”.