Saturday, 22 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

DİQQƏT! Bu BABASİL xəstələrini əməliyyat etmək olmaz

DİQQƏT! Bu BABASİL xəstələrini əməliyyat etmək olmazУ вашего броузера проблема в совместимости с HTML5
Elşən Qədimov Facebook: https://www.facebook.com/dr.elshan83 İnstaqram: dr.elshan.qedimov Tel: 050 458 66 57 Babasil xəstəliyi nədir? Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir. Hemarroy – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik zamanı düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə Hemarroy xəstəliyinin olmasını qeyd etmək olar. Elşən Qədimov Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra Hemarroy xəstəliyinin əsas əlaməti olan düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə oub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan düz bağırsaq xərçəngi xəstəliklərin də əlaməti ola bilər. Elşən Qədimov Babasilin risk faktorları: Xəstəliyə irsi meyilliliyin olması Alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi Xroniki qəbizlik Uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdıə işləmək Ağır əşyaların qaldırılması Tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi Təkrar hamiləliklər
Мой аккаунт