Thursday, 11 June, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

EVLƏR SAKİNLƏRİN BAŞLARINA UÇURULUR

EVLƏR SAKİNLƏRİN BAŞLARINA UÇURULURУ вашего броузера проблема в совместимости с HTML5
Bayraq Meydanı yaxınlığında hərbçilərin yaşadığı binanın söküntüsünə başlanılıb. Cümə günü vətəndaşlara evlərin bazar ertəsi söküləcəyinə dair xəbərdarlıq edilib, bu gün səhər saatlarında əraziyə ağır texnika və fəhlələr gətirilib. Sakinlərin əlində evlərin sökülməməsi və tələblərinin təmin edilənədək evlərindən çıxarılmamasına dair məhkəmə qərarı olsa da buna məhəl qoyulmayıb. 600 saylı hərbi hissənin ərazisində, Bakı şəhəri Səbail rayonu Aqil Quliyev küçəsi ev 4 A ünvanında yaşayan Svetlana və Emil Əzizovların, Gültəkin və İlqar Allahverdiyevlərin zor gücünə mənzilindən çıxarılmasına cəhd göstərilib. Günorta saatlarında sökülməyə daha kəskin etiraz edən sakinlərdən Emil Əzizov Səbail rayon 8-ci polis bölməsinə aparılıb. Vətəndaşlara isə sabah-fevralın 28-i səhər saat 10-dək evlərini boşaltmaq barədə son xəbərdarlıq edilib. Bütün hallarda evlərin söküləcəyi bildirilib. Sakinlərsə onlara təklif edilən 10 min manat kompensasiya ilə razılaşmadıqlarını, yeni mənzillə təmin edilənədək evlərini tərk etməyəcəklərini deyirlər.
Мой аккаунт