Sunday, 16 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Əfrəddin Şahiyev cənub bölgəsində yeganə zurna-balaban ustasıdır.

Əfrəddin Şahiyev cənub bölgəsində yeganə zurna-balaban ustasıdır.У вашего броузера проблема в совместимости с HTML5
Əfrəddin Şahiyev cənub bölgəsində yeganə zurna-balaban ustasıdır. Tarixi min illərə dayanan zurna-balaban ən qədim musiqi alətlərimizdən sayılır, xüsusilə toylarımızın, şənliklərimizin əsas atributlarından olan zurna-balabanı ifa etmək qədər, hazırlamaq da çətindir. Cənub bölgəsində bu sənəti indi də böyük həvəs və ustalıqla yaşadanlar var. Lerik rayon sakini Əfrəddin Şahiyev artıq uzun illərdir zurna-balaban hazırlamaqla məşğuldur. Bu sənət ona atası Xaniş Şahiyevdən yadigar qalıb. Həm də zurnanın mahir ifaçısı olan usta bildirir ki, bu musiqi alətini hazırlamaq xüsusi incəlik tələb edir. Zurnanı ərsəyə gətirmək üçün ərik ağacından istifadə olunur. Lakin ağacın kəsilmə vaxtına və saxlanılmasına xüsusi diqqət yetirmək lazımdır. Daha sonra ağacın iç və üst hissəsi dəzgahda yonulur. Yonulan ağac parçasının aşağı hissəsi yuxarıya qalxdıqca nazikləşdirilir. Ağac zurna halına salındıqdan sonra ona əhəng vurulur. Ölkənin müxtəlif yerlərindən sifarişlər alan Əfrəddin Şahiyev, zurna və balabana tələbatın qaneedici olduğunu bildirir. Bəzən isə sifarişə uyğun olaraq musiqi alətinə əlavələr edir. Usta bildirir ki, hazırda balaban alıcılara 50-80, zurna isə 100-150 manata təklif edilir.
Мой аккаунт