Greencard (Yaşıl kart) nedir? Greencard Azərbaycanda. Necə qeydiyyatdan keçməli
Greencard qaliblərinin sənəd hazırlama prosesi və səfirlikdə visa görüşü...
DS260 Nədir? Doldurulması lazım olan nə kimi suallar var?
a) Kimlik məlumatları: ad soyad, doğum tarixi / yeri, evli / bekar.
b) Arxasından vizanın vurulacağı pasport məlumatları soruşulur.
c) Sonra yaşayış ünvanları istənir, ancaq burada yalnız aktual adres deyil, 16 yaşınızdan bəri yaşadığınız bütün ünvanların tək tək tarix aralıqlarıyla birlikdə girilməsi istənir. Yaxşı bir yaddaş, həyat qurtaracaq.
d) Əlaqə məlumatları, telefon / email kimi.
e) Növbəti qisimdə ABŞ Adresi adı altında bir sorğu sahəsi var. Burada SÖZDƏ getdiyinizdə ABŞ-da yaşayacağınız ünvanı yazırsınız. Ancaq bunu kimsənin ta o mərhələdə bilməsinə imkan yoxdur. Formada bu hissəyə çox ilişməyin. ABŞ-da yaşayan bildiyiniz bir tanışınız / qohumunuz varsa onun ünvanını yazın. Yoxsa məsələn turist olaraq getdiyinizdə qaldığınız bir otelin, oxuduğunuz dil məktəbinin, universitet ünvanını yaza bilərsiniz.
f) Sonrakı qisimdə ana ata məlumatları soruşulur. ad / soyad-ad yeri / tarixi, ayrı-ayrı mövcud ünvanları və həyatdadırlar mı kimi suallar var.
g) Varsa yoldaşın məlumatları eyni şəkildə (artıqdan bir də neçə sualı var)
h) Sonrakı qisimdə yenə evliliklə əlaqədar məlumatlar istənir. Yaşayış nə zaman evlənəcəyiniz, daha əvvəl başqa bir evlilik edib etmədiyiniz.
i) Burada daha əvvəlki ABŞ viza və səyahətlərinizlə əlaqədar suallar var.
j) Sonra aktual və köhnə iş məlumatlarıyla təhsil məlumatlarını bir arada amma xronoloji gələcək bir şəkildə oldurmanız istənir. Tam bir karier saytı kimi yəni, CV doldurur kimi istənir. Ayrıca kişilər üçün əsgərlik və tərxis məlumat və tarixləri də buraya yazılır.
k) Son qisimdə da təhlükəsizlik və məhkəmə mövzular var. Əgər məhkəmə bir keçmişin yoxsa, cinayət işləmədinizsə sualların hamısına no demənizə bir mane yoxdur. Yenə də təhlükəsizliyiniz üçün sualları tək tək oxuyaraq doldurmanızı tövsüyyə edirəm.
l) Ən son qisimdə da Social Security haqqında bilgilər istənilir. Əgər daha əvvəl Social Security Number (SSN) aldınızsa kart məlumatlarınızı buraya daxil etməniz istənir.
Turgut Aliev
Ölkədən çıxmağınıza qadağa olub olmaması barədə məlumatı buradan öyrənə bilərsiz :http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx
Və ya http://mia.gov.az/?//content/liability