Monday, 17 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Hacı Şahin - ALLAH' ın Əzəməti haqqında (yeni 2013)

Hacı Şahin - ALLAH' ın Əzəməti haqqında (yeni 2013)У вашего броузера проблема в совместимости с HTML5
Rəsuli-əkrəm (s.a.a.) buyururu: "Ey camaat, həqiqətən məndən sonra hec bir peyğəmbər, sizdən sonra heç bir ummət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb, Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamalarınıza) itaət edin ki, Pərvədigarınızın cənnətinə daxil olasınız". (Xisal/322.) _________________________________________ İmam Əmirəl möminin Əli (ə) buyuurur: "Xoş o kəsin halina ki, əməlinin, elminin, məhəbbət və ədavətini, bir şeyi əkz edib və tərk etməsini, kəlamını, sükutunu, fe'l və danışığını Allah üçün ixlaslı (xalis) etsin". (Biharul-ənvar/ 77/ 289) _________________________________________ Həzrəti Fatimə (s) camaata xitab edərək buyurur: "Allah--Təala imanı sizlərin şirkdən xilas olmağınız, namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzuninin artması, orucu ixlasınızın möhkəmlənməsi, eləcə həcci dinin ayinləri güclənməsi, ədaləti qəlblərin bir-birinə yaxınlaşması, bizə itaət etməyi ummətin nizam-intizamı, bizim imamətimizi isə təfriqə və pərakəndəlikdən amanda qalmaq vasitəsi etdi. Cihadı islamın izzət və başıucalığı, səbirli olmağı haqqın mükafatına cəlb etmək vasitəsi, əmr be mə'rufu xalqın ümumi məsləhət və mənafeyinə riyaət etmək, ata-anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq səbəbi verdi. Qohum-əqrəba ilə əlaqələrin bərqərara edilməsini (sileyhi-rəhim) möminləri sayının artması, qisas hökmünü nahaq qanların axıdılmamasının qarşısını almaq vasitəsi etdi. Nəzrə vəfa etməyi bağışlanmağa səbəb , çəkidə aldatmaqdan uzaq olmağı isə çatışmamazlıqla mübarizə yolu qərar verdi. Şərabın qadağan edilməsi çirkinliklərdən, aludəliklərdən təmizlənmək, töhmət və yersiz ittihamlardan uzaq olmağı isə Allahın qəzəbi qarşısında bir pərdə qərar verdi. Oğurluğun tərk edilməsi nəfsani iffətin qorunması, şirkin haram olmasını bəndəçilik və haqqın rububbiyyətinində xakis olmaq vasitəsi qərara verilmişdir. Belə isə İlahi məqama layiq olan təqvaya sahib olun, Onun əmr və göstərişlərinə qarşı cıxmaqdan çəkinin. Nəticədə müsəlman halda gedərsiniz. Allahın əmr etdiyi şeyləri yerinə yetirib, qadağan etdiyi şeylərdən uzaq olun, çünki Allah bəndələri içərisində yalnız alim və agah bəndələr Onun qarşısında muti olur, ilahi vəzifələr qarşısında isə məsuliyyət hiss edirlər." Bu, böyük şiə və sünnü alimlərinin mötəbər sənədlərlə nəql etdiyi məhşur xütbələrdəndir. Bu sənədlərin hamısını İbni Əbil Hədid "Nəhcul-bəlağə" yə yazdığı şərhdə nəql etmişdir. (Mən la yəhzuruhul-fəqih /3/254) _____________________________________
Мой аккаунт