Wednesday, 10 June, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

KEÇ KEÇMİŞİNDƏN... (ŞEİR)

KEÇ KEÇMİŞİNDƏN... (ŞEİR)У вашего броузера проблема в совместимости с HTML5
___KEÇ KEÇMİŞİNDƏN___ Tikanları əz keç, Hər nə qədər batsa da qanına. Dünənləri əs keç... Varlığına hopan, Dodağından deyil , yarandan öpən, Səni SƏN deyə sevən... Birinin Ruhuna sarıl! Sular da susar, Pıçıldaşmaz ləpə ləpəylə. Elə yaralar var ki, dostum , Keçməz sığalla, Keçməz öpməylə! Sular da susar Suallar kimi... Şirin sözü kəs keç, Həqiqət acılardadır. Vurana nə var axı, ağrı, Yarası açılandadır. As keç pərdələri, Səni daha görən olmasın. Aşiq olma bir də , Ürəyində ölən olmasın . Az keç xatirələrdən , Ətirlərdən yaz keç. Sətir -sətir unut dostum, Qafiyə tək, Ağlına gələn olmasın. Qapa gözlərini, Qapan dünyaya. Hər gün bir kərpic qopan dünyaya, Özünü daş etmə. Dərdini yaş etmə gözlərində, Ağrına gülən olmasın. Sus keç!.. Şeirin müəllifi : Bəhruz NİFTƏLİYEV Səsləndirdi: Xəzər SÜLEYMANLI Bəstəkar: Zəka BABAZADƏ Aktyor: Rafiz MEHDİZADƏ Montaj: Cavid İSMAYIL Rejissor: Zaur ZEYNAL
Мой аккаунт