Endirmə linki: http://bit.ly/2m4QxII Mixing & mastering: Aqşin Əlizadə Cover: Elmar Babayev BMB Pro/2018 Verse 1. Söhbət elə gözəl yaranır ki, adımın ağlı başından gedir. Yox olur mavi səma, yaşıl təbiət və sairə. Məsafə önümdə. Səninlə aramda bir addım; uçurum; cəhənnəm - Azərbaycan! Burdan oyanı yox. Burda duyanım yox. Burda doğulmuşam, ölmüşəm, qalmışam burda; yuyanım yox. Sənə sualım yox, sənə sevgim safdı. Bu track bir sapdı. Çəkib uzatsaydın, dilərdim insaf mən. Amma ki, insansan; başa düşürəm mən. Yenə düşürəm mən, yenə üşüyürəm. Amma üç-beş ilə qayıdıb deyəcəm: "Səni sevirəm mən" Bunu hər dəfə mən deyib, mərtəbə-mərtəbə qalxıram. Əlimdə xəritə yox... Ey! İçimdə pusula var, bax. Gedirəm içim rahat. Vaxt, səbr etsəm tapacam. Ey, yenə də qovuşarıq biz! Fikir eləmə təki sən. Fikirə vaxtımız yox, heç. Sevgimiz yaşasın əbədi; əbədi yaşamayaq amma biz... Chorus: (x1) Qarşında sözlərim bitibdi, yerinə cümlələrim var. Yaşılı çəkibdi üzünə yenə də, sürmələnib yar. Təbiət anası; Günəşdi atası; özü də yaşamağın elə özüdü. Sevəndə Kor olur hamı, sevgi də elə adamları tapır verə gözünü. Verse 2. Səni mən o qədər sevirəm, o qədər əminəm gələcəyimizdən. Hərəmizdən bir sətir yazmışam, tutub, aparsın əlimizdən. Kaş, sənin xoşbəxt olub, güldüyünü Əli bilsə. Biz tanış olduq; tərslikdən həmin ilsə, mən getdim və bizsə, gözləyib, qovuşduq sevgimizlə. Basdırsınlar yan-yana, amma başdaşımız qoyulmasın. Torpağa qarışıb, ağac olaq. Hisslərimi ölçəsələrdi əgər, sayağac dolar. Sən olmasan Əli yarı ac olardı. Yarı tox olardı o, xatirələrlə. Axı de görüm, dəydim xətrinə nəylə? Yol biz'imdi, amma xəritə mən'dədi. Xəsiscə əylənib; bizə gəlməyin üçün gedirəm, can. YOLÇU və Puzzle`la çəkib, əncam. Çünki, bir yerdə olmalıdır hər iki can. Sonda demişdi Əli: "...vida, Azərbaycan!" Sonra, gözlərini doldurub yağışlarla. Sözlərini yontur o, alqışlarla. Elə ona görədi onda bu qədər ego. Bezdirdi eyni yol. Düzələcək, eybi yox... Chorus: (x1) Qarşında sözlərim bitibdi, yerinə cümlələrim var. Yaşılı çəkibdi üzünə yenə də, sürmələnib yar. Təbiət anası; Günəşdi atası; özü də yaşamağın elə özüdü. Sevəndə Kor olur hamı, sevgi də elə adamları tapır verə gözünü. Skit: (x4) Mən: "Vermişəm gözümü mən!"