Endirmə linki: http://bit.ly/2uWcUm0
Mixing & mastering: Aqşin Əlizadə
BMB Pro/2017
Verse 1.
"Mən" sözünə nifrət edirəm bro, mən.
Əvvəlki track`lərimdə yaradırdı flow qəm.
YOLÇU`ya göz olmaq sizə çətin gəldi; mən gəldim.
Şəkil tamamlandı, artıq Puzzle özü zərgərdi.
Hər nəydi... cavab axtarmıram daha mən.
Bu yolda həm uğur qazanmışam mən, yara həm.
Yolda məni tək qoyan kim varsa, bağışladım day.
Keçmişi təmiz yumağa mənim yağışlarım var.
Hara belə? Yara-bərə içindəsən YOLÇU sən.
Onlar öləcək, görəcəm, öləcəm sonuncu mən.
Onunçün ən pik nöqtə məşhurluq, bir də maddiyatdı.
Ağızdolusu deyir o, hamıya: "Tamı ağızda marmelatdı"
Baxıb, görüb, deyirəm: "Başları var, amma içi boş"
Başının içindən çıx, gəz, sev, yaşa; içib, coş.
Bir də unutma ki, məsuliyyət sən istədikcə var.
Fərqində olmağa məcbursan. Burda isterik nə var?
Chorus: (x4)
Təklik nə xoş.
Hər gün sərxoş olum, deyim:
"Hər boş insan deyir, şər qoş"
Verse 2.
Əllərimdə söz olanda ölürdü kimsə.
Əlimdən alıb, yarısını bölürdü hirsə.
Keçmişdə həqiqəti bir görürdü kilsə.
İndi ömürdü bir səhv.
Kaş, bunu ölümlü bilsə.
Altımdakı maşın sayır əmri tabe.
Bu gediş mənim adımdan qəbul edir hərbi taleh.
Hərbə valeh olanda susur hər bi' nalə.
Qırılır tərli badə, içi kədərli matəm.
(Blin!) Yox, bura cənnət deyil, küçədi, ayıl!
Suyla yeriyən belə təsdiq güdür: "Necədi cayıl?"
Quraram gecəyə çadır, içində yataram lap.
Yadıma düşür səhv edib, düzgünü satan anlar.
Etdiyim bütün səhvləri anlayıb, öz`üm olacam.
Sönməyə qoymayıb, mən qoruyacam közü, sonacan.
Axırda dəli olacam; düz sözə zəli olacam.
Var olmağa ən düzgün cavab budu: "Bəli, olacam!"