Saturday, 22 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi - tanıtım filmi

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi - tanıtım filmiУ вашего броузера проблема в совместимости с HTML5
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvarından fəaliyyətə başlayıb və həmin il martın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb . Birliyin əsas məqsədi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə kömək etməkdir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi mədəni irsin öyrənilməsi üzrə elmi tədqiqat işlərinin aparılmasına, milli və mənəvi dəyərlərimizin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizi öyrənilməsinə və gənc nəslə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir. Bu məqsədlərə çatmaq üçün müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər və turlar təşkil edir, konfranslar , xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi öz fəaliyyəti dövründə bir sıra layihələr həyata keçirib. 2010-cu ilin mart ayında MİRAS İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya Orta Əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara başlayıb və yer altında zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarını aşkarlayıb. Hazırda həmin ərazidə turizm kompleksi yaradılır və tədqiqatlar davam etdirilir. 2012-ci ilin iyun ayında orta əsr Ağsu şəhərində aşkar olunan qızıl holland sikkələri tariximizin öyrənilməsində əhəmiyyətli fakt kimi dəyərləndirilir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bir çox yerli və beynəlxalq elmi konfrans, simpozium və festivallarda iştirak edir, bu qəbildən olan tədbirlər təşkil edir. 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin Amasiya Universitetində "Qarabağdan Amasiyaya Könül Körpüsü -- Beynəlxalq Həmzə Nigari Simpoziumu", 18-20 iyun tarixlərində Belçikanın Antverpen şəhərində İtaliya Konservasiya Alimləri Assosiyasiyasının təşkilatçılığı ilə "Mədəni İrsin Konservasiyasında Gənclər" - YOCOCU konfransı, 11 iyul 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə Qorqud Festivalı, 17-21 sentyabr 2012-ci ildə İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsi Simpoziumu bunlara misal ola bilər.
Мой аккаунт