Söz:Orxan Hasanov
Mus:Azur Beats
Aranjiman:İlkin Valehoğlu
Vocal:İlkin Valehoğlu
Mix Mastering:Eta Production © 2013
[ Yüklə ↓ Mp3 ] - [ Cкачать ↓ Mp3 ] - [ Download ↓ Mp3 ]
https://mega.nz/#!SpxUjDoL!anGSSt-OlGw2DwdwNmF-j6Mf7ZS3i5oDLBuR9sVi_NU
[email protected]
vk.com/orxanhasanovofficial
fb.com/orxanhasanovofficial
ok.ru/orxanhasanovofficial
instagram.com/orxanhasanovofficial
twitter.com/orxanhasanov94
Deyin sevgimi deyin
Gözümdən yaş axmasın
Bu sözləri ağlayan ürəyimə deyin
Sevgisiz bir həyatda döyünməsin
Mənə sevgi deyin
Sonunda ayrılıq olmasın
Mənə oğlan deyin
Sevgiyə layiq olsun
Gözü başqalarını axtarmasın
Qızları aldatmasın
Mənə zindan deyin
Rüşvətlə azadlıq olmasın
Mənə dindar deyin
Üzündən nur yağsın
Ərəb dilini qansın
Gecələr hallanmasın
Mənə şair deyin
Unudulmasın
Tanımayan insan qalmasın
Mənə veriliş deyin
Rüşvətsiz bağlanmasın
Mənə ögey ana deyin
Yad övladına öz övladı kimi baxsın
Üzü gülüb ürəyində ağlamasın
Mənə vafalı qız deyin
Kasıb oğlan sevsin
Ürəyini versin
Heç zaman ayrılmasın
Mənə onu deyin
Mənə gəlin deyin
Qəlbində nifrət ölsün
Ailəyə hörmət qoysun
Qaynanaya ana deyən dili olsun
Mənə dövlətli deyin
Yoxsula əl tutacaq qədər ürəyində vicdan olsun
Mənə ürək deyin
Ürəksizlərin qəlbində yer alsın
Hər kəsdən hörmət qazansın
Üzlərdə təbəssüm yaratsın
Mənə məcnun deyin
Bu zamanda Leylini internetdə axtarmasın
Mənə qaranlıq ürək deyin
Sonsuz sevgiylə aydınlansın
Gələcəyə bir iz salsın
Sevgini bu dünyada yaşatsın
Mənə övlad deyin
Valideyinin qədrini bilsin
Sağlığında dindirməyib
Yoxluğunda boş yerə məzarını dindirməsin
Mənə zaman deyin
O zaman ki dünyanı sevgi xilas edəcək