Thursday, 04 June, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Qəlbləri fəth edən qadın - Elza İbrahimova

Qəlbləri fəth edən qadın - Elza İbrahimovaУ вашего броузера проблема в совместимости с HTML5
Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 75 illik yubiley gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə bir çox elm və mədəniyyət xadimləri, incəsənət ustaları, musiqisevərlər iştirak ediblər. Gecədə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Qeyd olunub ki, Elza İbrahimova XX əsrdə formalaşmış bəstəkarlıq məktəbinin bütün pillələrini keçmiş bir obrazı özündə birləşdirib, Qara Qarayev kimi dahi bəstəkarın məktəbini keçib. Bəstəkarın əlli ildən artıq bir dövrü əhatə edən zəngin yaradıcılığı mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarını əhatə edir. Elza İbrahimovanın musiqi dünyasında mahnı janrının xüsusi yer tutur. Onun mahnılarında nikbinlik hissi özünü göstərir, Vətən eşqi çağlayır. Bu mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev kimi milli ifaçılıq məktəbimizin korifeyləri, Akif İslamzadə, Flora Kərimova, İlhamə Quliyeva, Natəvan Şeyxova, Elmira Rəhimova kimi tanınmış müğənnilər ifa ediblər. Bu gün gənc müğənnilər də onun həmişəyaşar mahnılarını sevə-sevə oxuyurlar. Gecədə bəstəkarın "Ey Vətən", "Gedək üzü küləyə", "Bilməzdim", "Gecələr bulaq başında", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Səslə məni", "Sən yadıma düşəndə" və digər dillər əzbəri olan mahnıları ifa olunub. İfaçıları Gülarə Əliyeva adına "Dan ulduzu" ansamblı və Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri müşayiət edib. Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: http://www.facebook.com/djavid.djon Twitter: https://twitter.com/#!/Kanal13_Baku VK: http://vk.com/id197711591 Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/ Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/channel/UC_Tne... Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan
Мой аккаунт