У вашего броузера проблема в совместимости с HTML5
Mən inək ətindən hazırladım ətin özü çox yağlı olduğuna görə başqa yağdan istifadə etmədim.İnək yağı isə sarı olur
Qovurmanın yağı ağ olmalıdır. Bizdə sarı oldu çünki inək ətinin yağı sarı olur
qovurma Qarabağ və Naxçıvan bölgəsinin qış hazırlığıdır
oktyabr noyabr aylarında hazırlanır mart ayına qədər qalır
Qarabağda qovurma həm mal ətindən həm erkək keçi (təkə)ətindən hazırlanır
Naxçıvanda sadəcə erkək keçi ( təkə )ətindən hazırlanır
izləyicilərimdən aldığım məlumata görə hətta Göyçə mahalında da qovurma hazırlanır
Göyçə mahalında digər ətlərlə yanaşı qaz ətindən də qovurma hazırlanırmış
qovurmalıq ət ən az 3-4 illik heyvanın əti olmalıdır həmdə ət yağlı olmalıdır .çox cavan heyvanın ətindən qovurma hazırlanmır.
keçmişdə ehtiyac ucbatından hazırlanan qovurma bu gün dadı sevildiyi üçün hazırlanır.
yəni qovurmanın dadı gündəlik həyatda bişirilən ətlərin dadından çox fərqlidir.
duzu nisbətən çox və yağ üzərinə çox tökülür ona görə ki, qışa xarab olmadan qalsın.
əyər ətin yağı özünü qovurmağa çatmırsa kərə yağı və yaxudda quyruq yağı əridilir ətin üzərinə tökülür və ət qovrulur. ən yaxşısı isə yağlı ətin öz yağında qovrulmasıdır.
üzərinə tökülən yağ həmçinin çatmasa quyruq və ya kərə yağı əridilmiş halda istifadə olunur.
videoda ət tam bişənədək qaynadılır yazmışam amma bu o demək deyil ki, əti sümükdən rahat ayrılana qədər qaynatmaq lazımdır.
ət normadan artıq qaynadıldığında yəni sümükdən rahat çıxanacan qaynadıldığında qovrularkən və ya qışda işlədilərkən ovulur parça -parça hissələrə bölünür.
qovurma tam hazır olandan sonra qablara (qazan balon vedrə )yığılır və soyuducuda yox evin sərin olan (turşu və kompotların saxlandığı yerdə )yerində saxlanılır
qovurmanı alüminium, plasmas, teflon, paslanan dəmir və mis kimi materiallardan hazırlanan qazan və qablarda saxlamaq olmaz. Emalirovınnı qablarda saxlanılır
ən yaxşısı isə qovurmanı saxsı qabda saxlamaqdır (mənim saxsı qabım sındığı üçün bu il yağ balonundan istifadə etdim )
saxsı qablada saxlanılan qovurma daha da ləzzətli olur
qovurmadan hazırlanan yeməklər
qovurmalı balqabaq plovu
souz
bozbaş
qovurmalı yumurta
lobya şorbası
qovurma kartof qızartması
qarabaşaq
makaron
əriştəli plov . . . .
əyər yemək bişirməyə vaxtınız yoxdur və yaxudda qonağınız var nəsə gözəl həmdə vaxt aparmayan bir yemək hazırlamaq istəyirsizsə qovurmadan bir qədər götürüb isidərək süfrəyə verməyiniz yetər.