Thursday, 02 July, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Şah İsmayıl Xətai - Azərbaycan

Şah İsmayıl Xətai - AzərbaycanУ вашего броузера проблема в совместимости с HTML5
Dilaver Ezimli - Dilavər Əzimli - Dilaver Azimli - Şah İsmail Hatayi - Azerbaycan ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. Maraqlıdır ki, hazırda rəsmi dili türk dili olan Türkiyə Cümhuriyyətinin sələfi Osmanlı dövlətinin dili osmanlı dili olduğu halda, indi dövlət dil Azərbaycan dili olan Azərbaycan Respublikasının sələfləri Azərbaycan Cümuhriyyəti və Azərbaycan Səfəvi İmperiyasının dövlət dili türk dili olmuşdur. Özəlliklə, türk cümhuriyyətləri arasında ilk dəfə, Azərbaycan Cümhuriyyətinin dövlət dilinin türk dili olması, Azərbaycan türklərinin türk dilinə verdiyi önəminin və milliyyət hissinin üst səviyyədə olmasının göstəricisidir.Bu baxımdan Azərbaycanın dövlət dilinin türk dili adlandırılmasının müstəqilliyə təhlükə kimi dəyərləndirilməsi də mənasızdır. Çünki İngiltərənin dövlət dilinin ingilis dili olduğu halda, ABŞ-ın da həmin dili rəsmi şəkildə qəbul etməsi nə qədər təbiidirsə, Azərbaycan və Türkiyə dövlətlərinin də eyni dili paylaşmaları bir o qədər təbiidir.Yəni Azərbaycan və Türkiyə müstəqil dövlətlər olsalar da, ortaq tərəfləri (soykök, dil, mədəniyyət, din və s.) vardır. Bu, hər iki dövlətin başçıları tərəfindən də dəfələrlə bəyan edilmişdir. Bu birlik mesajları da daima ümumi tarixi, mədəni, soykök, dil və s. məsələlər üzərində qurulur. Bütün bunlara baxmayaraq, «Azərbaycan dili»nin əslində türk dili, Azərbaycan mədəniyyətinin türk mədəniyyəti, Azərbaycan tarixinin türk tarixi, Azərbaycan dövlətinin türk dövləti, azərbaycanlıların əksəriyyətinin isə türk olmaları ilə bağlı fikirlər dərhal ciddi tənqidə məruz qalır.Azərbaycan türklərinin sözün həqiqi mənasında milli kimliyinə və milli dilinə sahib çıxmaları onların təbii haqlarıdır! Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Qızıl baxtım qızıl taxtım qızıl tacım hey Həm uğurum həm qüsurum ağrım acmı hey Bu günümdə çoxdu sənə ehtiyacım hey Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Əldən çıxdı fürsət mənim çəm mənim deyil Göyçə yoxsa necə deyim qəm mənim deyil Təbriz Dərbənd həm mənimdi həm mənim deyil Şeyxim Mənim Şahım Mənim Şairim Mənim İblis yenə fitnəsində şeytan şərində Ağrı canda nisgil gözdə yara dərində Tağım uçdu belim sındı xudafərində Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Ömrümüzü közə tutub oda verdilər Özümüzü özgələrə qida verdilər Nəvələrin borçalını yada verdilər Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Yerevana döndərdilər Rəvanımızı Sarsıtdılar qocamızı cavanımızı Səndən sonra düşmən qurdu divanımızı Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Allah bizə fürsət verdi agıl vermədi Allah bizə övlad verdi ogul vermədi Allah bizə əvvəl verdi axır vermədi Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Taleyimiz qapaz görüb şillədən keçib Mərd kişilər başdan keçib kəllədən keçib Ulu şeyxəl şah ogullar güllədən keçib Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Qollarınla torpağıma sarıl gəl babam Oxa çevril kaman kimi gəril gəl babam Dirilt bizi yaşat bizi diril gəl babam Şeyxim Mənim Şahım Mənim Şairim Mənim Çaldıranda yaralanmı Şahıma qurban Bu yaradan tüstülənən ahıma qurban Tarixdəki on üç yaşlı dahimə qurban Şeyxim Mənim Şahım Mənim Şairim Mənim
Мой аккаунт