Friday, 28 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Siyəzəndə elektrik stansiyası partlayışının çəkilişi zamanı qalmaqal yaşanıb

Siyəzəndə elektrik stansiyası partlayışının çəkilişi zamanı qalmaqal yaşanıbУ вашего броузера проблема в совместимости с HTML5
Ötən gecə Siyəzəndə 110 kilovatlıq elektrik yarımstansiyasında yanğın baş verib.Transformatorun partlaması nəticəsində Siyəzən şəhərinə elektrikin verilməsində fasilə yaranıb. Gecə saatlarında yanğının qarşısı alınıb və bugün səhərdən əhalinin enerji təminatı bərpa olunub. "Azərenerji"yə məxsus 110 klovatlıq Siyəzən Elektrik Yarımstansiyasında 2 saylı 31,5 miqovatlıq transformatorun partlaması nəticəsində ətrafa dağılan yağ alovlanıb. Yanğının söndürülməsinə Siyəzən, Xızı, Şabran və Sumqayıt yanğından mühafizə hissələrinin qüvvələri cəlb olunub. Alov söndürülüb. Baş vermiş hadisə nəticəsində Siyəzən şəhərinə və rayon ərazisində fəaliyyət göstərən neft mədənlərinə elektrikin verilməsində 6 saatadək fasilə yaranıb. Səhər saatlarından yarımstansiyadakı 1 saylı transformatorun şəbəkəyə daxil edilməsi ilə elektrikin verilməsi bərpa olunub. Yarımstansiyanın fəaliyyətinin tamamilə bərpa edilməsi məqsədilə əraziyə mütəxəssislər cəlb olunub. Təmir-bərpa işlərinin 5 gün ərzində başa çatdırılması nəzərdə tutulub. Stansiyada çəkiliş qadağası olduğundan ərazidəki mühafizə xidməti jurnalistləri hədələyib. Həmin adını bilmədiyimiz mühafizəçi qarşısına çıxan jurnalistə hədəqorxu gələrək əl atmağa başlayıb. Stansiyanın 100 metr uzağlığdan da bu mühafizəçi çəkilişə imkan vermir.
Мой аккаунт