Tevekkul etmek ucun dua music l مناجات دعای توکل ترکی آذربایجانی l Monajat Torki Azari Turki Azeri
У вашего броузера проблема в совместимости с HTML5
اَلآهوابهی
سَن اِی اًؤزؤنؤ آلآهآ یؤنَلَن. گؤزلرَینًی هَر شیئه یٌوم و اَبهی مَلکؤت ؤنآ آچ. هَر نَه ایستَرسَن اُون دآن ایستَه، و هَر نَه دیلَرسَن اٌون دآن دیلهَ. بیر بآخیشلآ اٌو یؤزمین اٌؤمٌیدی دٌوغرولدآر، بیر نَظر اِیلهَ یؤزمین دَرمآن سِز دَردهَ علآج اِئدَر، بیر ایشآرهَ اِیلهَ هَر یآرآیآ مَلهَم قٌویآر، و آنی بیر بآخِش لا قَلب لری غم یؤکؤن دَن آزآد اِئدَر. هَر نَه اِئتسهَ اٌو اِئدَر، بیز نَه اِئدهَ بیلَریکٌ؟ اٌو اِیستَد یینی اِئدَر و ایستَد یینی کیمی حٌؤکم وِئرَر. اِئلهَ ایسهَ رَحیملی اٌولآن رَبّ تَسلیم اوٌ-ل و یآلنیز آلآهآ تَوَکَّؤل اِئیله.
Allahu-Əbha! Sən ey üzünü Allaha yönələn! Gözlərini hər şeyə yum və Əbha-Mələkütüna aç! Hər nə istərsən Ondan istə, və hər nə dilərsən Ondan dilə. Bir baxışla O yüz min ümidi doğruldar, bir nəzər ilə yüz min dərmansız dərdə əlac edər, bir işarə ilə hər yaraya məlhəm qoyar, və ani bir baxışla qəlbləri qəm yükündən azad edər. Hər nə etsə O edər, biz nə edə bilərik? O istədiyini edər və istədiyi kimi hökm verər. Elə isə Rəhmli Olan Rəbbə təslim ol və yalniz Allaha təvəkkül eylə.