Sual: "Bəzən sidiyə çıxanda sidik kanalında göynəmə olur bu göynəmələrə nələr səbəb ola bilər?"
Cavab: "Sidik kanalında yanğıların olması, sidik ifrazı zamanı göynəmələrin olması, sidik kanalında diskomfortun olması, qaşınma olması və.s bir neçə səbəbdən ola bilər. Xroniki uretrit sidik kanalının xroniki iltihabi xəstəliyində ola bilər. İkinci bir məsələ ən çox rast gəldiyimiz infeksion xəstəliklərdən ola bilər. Vaxtında yoluxmuş infeksion xəstəliyə baxış bucağı fərqli olur. Pasientlər həkimlə məsləhətləşmədən müəyyən dərman preparatlarından istifadə edirlər. İfrazatı kəsmək üçün kəskin bir xəstəliyə yoluxmuş bir insan antibiotikdən istifadə edir və bununla da, müalicəsini bitmiş hesab edir. Bu sidik kanalının qişalarında müəyyən qıcıqlanmalara səbəb olur və xəstəyə sidiyə gedərkən problemlərə yol açır. Sidik yollarında böyrəklərdə olan daşların- kristalların sidik kanalına tökülməsi nəticəsində sidik ifrazı zamanı yandırmaya səbəb ola bilər. Sidik kanalının bitişmələri baş verir. Bu yuxarı yaş hədlərində olur. Sidik kanalında göynəmələr, yanma, sidiyə qırıq-qırıq getmə halları baş verirsə birbaşa androloqlara müraciət etmək lazımdır. Diaqnoz düzgün qoyulmalıdır və bundan sonra hansısa bir müalicə aparıla bilər. Bunun diaqnostikası, yaranma səbəbi araşdırıldıqdan sonra müalicə görülməlidir. Çünki əksər vaxtı qaşınma, göynəmə olduqda birbaşa resept yazılır. Bu tip özbaşına aparılan müalicələr ciddi problemlər yaradır. Bunun üçün diaqnoz qoyulmalı və konkret müalicə olunmalıdır."
Müsahib: Elnur Hüseynov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016