Friday, 14 August, 2026г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

"Əvvəl noxud satan icra başçısı torpağımı icazəsiz əlimdən alıb" -Şikayətçi

"Əvvəl noxud satan icra başçısı  torpağımı  icazəsiz əlimdən alıb" -ŞikayətçiУ вашего броузера проблема в совместимости с HTML5
Bu günlərdə KANAL13-ün xüsusi müxbiri Cəlilabad rayonunda ezamiyyətdə olub. Rayon sakinləri problemlərini Kanal13-3 danışıblar. Məmur özbaşnalığının qurbanı olan Sənan Hüseynov iddia edir ki, həyat yoldaşı məmurlar tərəfindən təzyiqlərə məruz qalıb, döyülüb. Cəlilabad rayonu Mehdi Hüseynzadə küçəsində yaşayan Hüseynov Sənan İman oğlu bildirib ki, üzüm sahəsi sahibi, xüsusi mülkiyyəti olan Hüseynov Aydin İman oğlunun nümayəndəsidir. Onun hüququnu müdafiə edir. -“Hüseynov Aydin İman oğluna məxsus üzüm sahəsini əlindən alıblar. Əvvəlcə Aydın Hüseynovun əlini-qolunu bağlıyaraq apardılar, üzüm bağlarını qırdılar sonra da üzüm bağında Azərİşığ Açıq Səhimdar Cəmiyyətinin binasını inşa etdilər. Bizdə buna görə prezidentə müraciət etdik. Onlarda səhvlərini başa düşüb Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı iddia ərizəsi ilə Cəlilabad məhkəməsinə müraciət etmişdi. Amma məhkəmə düzgün qərar vermədi. Biz də Məhkəməyə getmədik. Çünki bu işə İnzibati İqdtisadi Məhkəmə baxmalı idi. Qanun isə budur ki, ilk olaraq hansı məhkəməyə müraciət olunubsa, o işə həmən məhkəmə baxır. Məhkəməyə getmədik. Amma məkhəmə hakimi Qalib Paşayev gəldi bizim ərazini görüb bildiri ki, dövlətin 10 sot torpağı sizdə deyil. Lakin Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı və Nazirlikdə oturanların təzyiqi ilə Qalib Paşayevə təzyiq edərək onun fikrini dəyişdirdilər. Daha Sonra biz də Apelyasiya məhkəməsinə müraciət etdik. Amma Apeliyasiyadan heçbir ekspert göndərilmədi. Biz Şirvan İnzibati İqdtisadi Məhkəməsinə müraciət etdik. Oradan ekspertlər gəldi, onlar da düzgün qərar verməyib. Çünki Milli Məclisin qərarı budur ki, yoldan 30 metrə sağ və sol hissəsi qoruma zolağıdır. 8 saylı ərazi idarəsi çıxarış verib. Çıxarışda da bu ərazilər Aydına məxsusdur. Bu yerlərdə torpaqlar bahadı deyə əvvəllər noxud satan, alverçi olan Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı indi bizim torpağları alıb satmaq istəyir.” Hüseynov Aydin İman oğlunun yoldaşı Hüseynova Yazangül bildirib ki: -“Polis rəisi Eldar gəldi sahədə yoldaşımın qolundan tutub apardılar. Mən də qışqırdım ki, “özümü yandıracam”. Eldar isə bildirib ki, get harda istəyirsən yandır, amma yeri bizə ver. Məni də əsəbdən şəkər xəstəsi oldum. Ayaqlarım tutulub, yeriyə bilmirəm. Bizə torpaqları Heydər Əliyev veribdir. Bunlar da deyir ki, prezident kimdi? Biz istədiyimizi edirik” © Kanal13-ə məxsus hər hansı video material yalnız youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək. ▌▌►Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: https://www.facebook.com/kanal13fanclub Twitter: https://twitter.com/#!/Kanal13_Baku https://plus.google.com/+Kanal13AZ/posts http://ok.ru/kanal13 https://vk.com/kanal13tv https://www.instagram.com/kanal13tv Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1 Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan
Мой аккаунт