DemirBank-ın Bayıl filialının yeni ofisinin açılışı
У вашего броузера проблема в совместимости с HTML5
DəmirBank Bayıl filialının yeni ofisini müştərilərinin xidmətinə verib. Filialın yeni ofisi modern dizayn üslubunda tərtib edilib Bakı şəhəri, İ.Məmmədov küçəsi 2a ünvanında (Bayraq meydanının yaxınlığında) yerləşən Bayıl filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.